İlqar İlkin: “İraqın bu bölgəsində türk dilinə rəsmi status verilməsi müsbət haldır"

image

İraqda türk dilinə bölgələrdən birində rəsmi status verilib. Bu qərar ərəb və kürd dillərindən başqa türkcənin də rəsmi olaraq tanındığı Səlahəddin vilayətində verilib. Əyalət Şurasının sədri Adil Sümeydai türkmənlərin regionda ikinci ən böyük etnik qrup olduğunu qeyd edərkən, İraqın keçmiş millət vəkili Fevzi Ekrem Terzi isə türk dilinin tanınmasının türkmən əhalisinin təbii haqqı olduğunu vurğulayıb. Qərarın təşəbbüskarı vilayət şurasının üzvü Səlahəddin Atif Tuzlu olub. Onun təklifi ilə artıq türk dilindən yerli hakimiyyət orqanlarının rəsmi sənədlərində və işgüzar işlərində istifadə oluna bilər.

Soydas.az xəbər verir ki, mövzu ilə bağlı Türk dünyası üzrə mütəxəssis İlqar İlkin Crossmedia.az-a açıqlama verib:

“İraqın Səlahəddin vilayətində türk dilinə ərəb və kürd dillərindən sonra rəsmi status verilməsi olduqca müsbət haldır. Bu qərar yerli məhkəmələrdə və mədəniyyət mərkəzlərində aparılan işlər, eləcə də regional qəzetlərin dili baxımından mühüm əhəmiyyət daşıyır. İraqda türkmənlərə qarşı uzun müddət xoşagəlməz münasibətlər olub. Onlar assimilyasiyaya məruz qalıb, hətta Səddam rejimi dövründə soyqırımlara uğrayırdılar. Türkmən kimliyi yox olmaq təhlükəsi ilə üz-üzə idi. Lakin bir vilayətdə türkmənlərə də regional statusun verilməsi onların milli kimliklərini və mədəniyyətlərini qorumaq baxımından mühüm addımdır. Biz gələcəkdə Türk Dövlətləri Təşkilatında da türkmən qardaşlarımızın rolunu artırmalıyıq. Bu, həm İraq, həm də Suriyadakı türkmənlərə qarşı diskriminasiyaların qarşısını almaq üçün vacibdir”.

Www.soydas.az

Paylaş:

Xəbər lenti